London “Arsenal”ının sahibi Azərbaycanda!
31.03.2010 - 14:46
London “Arsenal”ının sahibi Azərbaycanda!
Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişir Usmanov Bakıya gəlir. Bu haqda apasport.az saytına Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) baş katibi Ramin Məmmədov məlumat verib.

AGF rəsmisi Rusiya Qılıncoynatma Federasiyasına da rəhbərlik edən Usmanovun bu gecə ölkəmizə təşrif buyuracağını bildirib. Milliyətcə özbək olan 57 yaşlı Usmanov sabah Bakıda Beynəlxalq Qılıncoynatma Federasiyasının Baş Assambleyasında iştirak edəcək.

Qeyd edək ki, 9,3 milyard dollarla dünyanın ən varlı adamları arasında 91-ci olan Usmanovun futbolla da bağlığı var. Belə ki, London “Arsenal”ının sahiblərindən biri olan rusiyalı milyarder klubun səhmlərinin bir hissəsinə malikdir.