“İnter” – “Neftçi” matçının vaxtı dəyişdirildi
31.03.2010 - 14:53
Unibank Premyer Liqasında mübarizə aparan komandaların əvəzedici heyətlərinin çempionatının təqvimində dəyişiklik edilib. Apasport.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının (PFL) rəsmi internet saytı XXVI turda keçirilməli olan “İnter” – “Neftçi” matçının başqa vaxta keçirildiyini açıqlayıb. Qurum rəhbərliyi aprelin 2-də baş tutmalı olan matçın tarixini dəyişməyə qərar verib. Buna “Neftçi” klubunun 6 üzvünün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində təlim məşq toplanışında olması səbəb olub. PFL matçın aprelin 26-da oynanılmasına qərar verib.
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0