Fabio Luis Ramim ailə problemini yoluna qoydu
31.03.2010 - 15:08
Fabio Luis Ramim ailə problemini yoluna qoydu
“Bakı” Unibank Premyer Liqasının XXVI turunda “İnter”lə səfər oyununa tam heyətlə hazırlaşır. Apasport.az saytının məlumatına görə, son ölkə çempionunun bugünkü məşqinə bütün futbolçuları qatılıb.

Bir müddət zədə səbəbindən kənarda qalan seneqallı qapıçı Xalidu Sissoko artıq məşq prosesində tam gücü ilə çalışır. Son turda “Qəbələ” ilə görüşdə iştirak etməyən Fabio Luis Ramim də hazırlığa qatılıb. Milli komandamızın braziliyalı yarımmüdafiəçisi vətənində ailə problemlərini həll etdikdən sonra geri dönüb. Yalnız moldovalı müdafiəçi Vadim Borets zədə ucbatından komandadan ayrı çalışıb.

Qeyd edək ki, “Bakı” sabahkı məşqini da öz bazasında keçirəcək.