“Bavariya” “Mançester Yunayted”dən qisasını aldı
01.04.2010 - 00:35
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Bavariya” “Mançester Yunayted”dən 1999-cu ildəki finalın qisasını alıb. Maraqlıdır ki, Münhen təmsilçisi 11 öncə aqibəti rəqibinə yaşadıb. Yəni, ssenari oxşar, rollar fərqli olub.
“Bavariya” 1999-cu ildə Barselonada keçirilən həlledici görüşdə ilk hissədən sonra hesabda 1:0 irəlidə olduğu halda, “Mançester Yunayted” qələbə topunu son saniyələrdə vurmuşdu. Bu dəfə ingilislər fasiləyə 1:0 hesabı irəli yollanmış və ikinci hissədə iki top buraxaraq uduzub. “Bavariya” da qələbə topunu son saniyələrdə vurmağa müvəffəq olub. Münhenlilər üçün 2:1 hesabını düşərli saymaq olar. Hər halda, İtaliyanın “Fiorentina” klubu ilə 1/8 finalda ev oyununda da qələbə məhz bu hesabla qazanılmış və sonda mərhələ keçilmişdi.
Günün digər oyunu olan Fransa derbisində də sevinən tərəf meydan sahibi olub. Hər halda, “Lion”un “Bordo” üzərində qələbəsinin iki top fərqi ilə olduğunu nəzərə alsaq, tarixində ilk dəfə yarımfinala çıxmaq şansı daha yüksəkdir.
Turnirin son qalibi “Barselona” isə London “Arsenal”ı ilə səfər oyununda qələbəni əldən verib. Kataloniya təmsilçisi isveçli hücumçu Zlatan İbrahimoviçin dublu sayəsində 58-ci dəqiqədə hesabda 2:0 irəlidə olduğu halda, sonradan qapısında iki top görüb. Özü də “Arsenal”ı evdə məğlubiyyətdən “Barselona”nın yetirməsi Sesk Fabreqas qurtarıb. Londonluların ispan kapitanı sona 5 dəqiqə qalmış penalti zərbəsini dəqiq yetirməklə, bir vaxtlar ona doğma olan komandanın qələbə qazanmasına imkan verməyib. Bununla belə, Fabreqas həmin oyunda sarı vərəqə limitini aşıb və cəzalı duruma düşdüyü üçün “Nou Komp” stadionunda keçiriləcək cavab görüşündə iştirak edə bilməyəcək.
“İnter” aşkar favorit sayıldığı Moskva MOİK-i ilə ev oyununda qələbəni çətinliklə qazanıb. Komandanın cari mövsümdə bombardiri olan argentinalı hücumçu Dieqo Milito yenə xilaskar rolunu oynayıb. İstənilən halda, İtaliya A seriyasının liderini bir həftə sonra Rusiya paytaxtında heç də asan sınaq gözləmir. “Barselona”nın isə səfərdə məhsuldar heç-heçə etməsi yarımfinala çıxmaq şansını xeyli artırır.
Qeyd edək ki, aprelin 6-da MOİK – “İnter”, “Barselona” – “Arsenal”, bir gün sonra “Bordo” – “Lion” və “Mançester Yunayted” – “Bavariya” görüşləri keçiriləcək.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
30 mart
“Bavariya” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə) - 2:1
QOLLAR: Frank Riberi, 77; İvitsa Oliç, 90+2 - Ueyn Runi, 2
Baş hakim: Frank de Blekere (Hollandiya)
Münhen. “Alyans Arena” stadionu
“Lion” (Fransa) – “Bordo” (Fransa) - 3:1
QOLLAR: Lisandro Lopes, 10; 77 (p); Mişel Bastos, 32 - Maruan Şamax, 14
Baş hakim: Feliks Brix (Almaniya)
Lion. “Jerlan” stadionu
31 mart
"Arsenal" (İngiltərə) – "Barselona" (İspaniya) - 2:2
QOLLAR: Uolkott, 68; Fabreqas, 85 (p) - Zlatan İbrahimoviç, 46; 58
Baş hakim: Massimo Buzakka (İsveçrə)
London. "Emirates" stadionu
"İnter" (İtaliya) – MOİK (Rusiya) - 1:0
QOL: Milito, 65
Baş hakim: Hovard Uebb (İngiltərə)
Milan. "San Siro" stadionu

0
0