“Xəzər-Lənkəran” Rövnəq Abdullayevə təşəkkür etdi
31.03.2010 - 16:57
“Xəzər-Lənkəran” rəhbərliyi AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edib. Apasport.az saytının məlumatına görə, assosiasiyanın İntizam Komitəsi (İK) tərəfindən 35 min manat cərimələnən cənub təmsilçisi federasiya başçısı ilə yanaşı, Lənkəran şəhər polis idarəsinin rəisi Elxan Əliyevə müraciətində minnətdarlığını çatdırıb.
“Xəzər-Lənkəran” hesab edir ki, İK Unibank Premyer Liqasının XXV turu çərçivəsində “Neftçi” ilə oyununda (0:0) yaşananlar xoşagəlməz hadisələrlə bağlı ədalətli qərar çıxarıb. Lənkəranlılar komandanın üzləşdiyi sanksiya və cəzalarla razıdır və bunu ədalətli qərar sayır. “Xəzər-Lənkəran” rəhbərliyi komandanın ev oyunları keçirdiyi stadionun cəzalandırılmadığı və azarkeşlərin sanksiyaya məruz qalmadığı üçün dərin minnətdarlığını bildirir.
Rəhbərlik bütün futbol ictimaiyyətini əmin edir ki, olanlar barədə ölçü götürəcək və ilk növbədə stadionda asayişin və təhlükəsizliyin daha yüksək səviyyədə təmin olunması üçün çalışacaq. Belə ki, növbəti turun aprelin 3-də keçiriləcək “Qarabağ”la ev matçında azarkeşlərə xüsusi bukletlər paylanacaq və onlardan oyun zamanı təmkinli olmaları xahiş ediləcək. Eyni zamanda, “Xəzər-Lənkəran” rəhbərliyi “Neftçi” ilə oyun zamanı yaranmış insidentin böyüməməyi istiqamətində böyük əziyyət çəkən Lənkəran şəhəri polis İdarəsinin əməkdaşlarına, o cümlədən idarə rəisi Elxan Əliyevə də minnətdarlıq edir.

0
0