“Vaqif Cavadovun orqanizmi elədir ki...”
31.03.2010 - 17:04
“Vaqif Cavadovun “Tvente”yə transferi uğurumuzdur. Təəssüf ki, Cavadov şansızlıq nəticəsində zədələndi və hələlik rəsmi debüt edə bilməyib". Bu sözləri apasport.az saytına açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Vaqif Cavadovun karyerasında yüksəlişin baş verməsində Qurban Qurbanovun da əməyi var. Məhz Qurbanovun gəlişindən sonra Vaqif "Qarabağ"ın heyətində mütəmadi oynamağa başladı. Nəticədə Hollandiya, Rusiya, Ukrayna və Türkiyə klublarının maraq dairəsinə düşdü.
Qurbanov hesab edir ki, yetirməsi ən qısa zamanda Hollandiya çempionatında debüt edəcək: "Vaqifin orqanizmi elədir ki, o, tez bir zamanda gümrahlaşır və formasını bərpa edir. Hollandiya çempionatının başa çatmasına az qalıb. Buna baxmayaraq, mən onun debüt edəcəyinə inanıram. Həm də, “Tvente” mükafatçılar sırasına düşməyə real namizəddir. Vaqifi avrokuboklara saxlayıblar".
Xatırladaq ki, Vaqif bərpa prosesinin son mərhələsini keçir. O, 2 həftədən sonra meydançaya çıxmağa hazır olacaq.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0