Qurban Qurbanov öz futbolçularından şübhələnir
31.03.2010 - 23:01
Qurban Qurbanov öz futbolçularından şübhələnir
“Milli komandanın heyətində 14 qol vurmuşam. Bu, Azərbaycan futbolu üçün rekord göstəricidir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq kapitanı Qurban Qurbanov deyib.

1992-2005-ci illərdə milli komandanın şərəfini qoruyan Qurbanov bildirib ki, rekordu ən yaxın zamanda yenilənəcək: “Son illərdə Azərbaycan yığmasının oyun qrafiki sıxlaşıb. Millimiz indi il ərzində daha çox görüşlərdə qüvvəsini sınayır. Bu, futbolçuların daha çox qol vurmasına bir növ zəmin formalaşdırır. Vaqif Cavadov, Elvin Məmmədov yaxşı qollar vururlar. Bu tərəfdən Rauf Əliyev gəlir. İnanıram ki, gənc futbolçular çox qol vuracaqlar".

Qeyd edək ki, Vaqif, Rauf və Elvin hazırda Qurbanovun baş məşqçisi olduğu “Qarabağ" klubunda forma geyiniblər. Cavadov bu ilin əvvəlində Hollandiyanın "Tvente" komandasına transfer olunub.