Mübariz Mənsimov Rüştü Rəcbərlə razılaşdı
31.03.2010 - 17:18
Türkiyə Superliqasının başa çatmasına yeddi tur qalmış İstanbulun “Beşiktaş” klubu 5 aparıcı futbolçusu ilə müqaviləni uzadıb. Apasport.az-ın məlumatına görə, klubun vitse-prezidentləri Sərdar Adalı və azərbaycanlı iş adamı Mübariz Mənsimovun “sağ əli” kimi tanınan Alaattin Aykaçın qatıldığı mərasimdə beş futbolçu - İbrahim Üzülməz, İbrahim Toraman, Rüştü Rəcbər, Yusuf Şimşək və Uğur İncəmanla yeni müqavilə imzalanıb. İbrahim Üzülməz, Yusuf Şimşək Uğur İncəmanla 1, İbrahim Toramanla 3, Rüştü Rəcbərlə isə 2 illik müqavilə bağlanıb.
Xatırladaq ki, hazırda “Beşiktaş”ın transferləri üçün əsas maliyyəni azərbaycanlı iş adamı Mübariz Mənsimov ayırır.
Xatırladaq ki, hazırda “Beşiktaş”ın transferləri üçün əsas maliyyəni azərbaycanlı iş adamı Mübariz Mənsimov ayırır.
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0