“Xəzər-Lənkəran” heyətini 3 futbolçu ilə gücləndirdi
31.03.2010 - 17:47
“Xəzər-Lənkəran” Unibank Premyer Liqasının növbəti turuna ciddi itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, lənkəranlılar baş məşqçisi Ağasəlim Mircavadovla yanaşı, 4 futbolçusunun xidmətindən məhrum olub.
“Xəzər-Lənkəran”ın legionerləri braziliyalı Junior Osvaldo ilə moldovalı Denis Kalinkov zədəli olduqlarından hələ də məşqlərə qatıla bilmir. Rahid Əmirquliyevlə Ruslan Poladov isə cəza səbəbindən “Qarabağ”a qarşı forma geyinə bilməyəcək. Futbolçu sarıdan ciddi korluq çəkən “Xəzər-Lənkəran” əsas heyətin hazırlıqlarına əvəzedici komandanın üç futbolçunu - qapıçı Sadiq Ramazanov, yarımmüdafiəçi Kazım Kazımlı və hücumçu Amid Hüseynovu cəlb edib.
Qeyd edək ki, “Neftçi” ilə oyundan (0:0) sonra iki günlük istirahətə buraxılan komanda üzvləri dünən Lənkəranda bir araya gəlib və saat 17:00-da məşqə çıxıblar. Bu günə nəzərdə tutulan iki məşqdən sonuncusu mərkəzi stadionun ehtiyat meydançasında keçirilir. Sabah və birigün üçün məşq planı təxminən eynidir. Lənkəranlılar saat 11:00-da nəzəri hazırlıq, 17:30-da toplu çalışma keçəcək.

0
0