Superliqa Avropada ikincidir
31.03.2010 - 23:07
Avropada milli çempionatların başa çatmasına az qalmış klubların hədəfləri getdikcə müəyyənləşir. Bir çox klublar çempionluq uğrunda, digərləri avrokuboklara vəsiqə uğrunda, bir başqaları isə elitada qalmaq uğrunda mübarizə aparırlar. Apasport.az-ın xəbərinə görə, hazırda çempionluq uğrunda mübarizənin qızğın getdiyi çempionatlar arasında Liqa-1 ilk yeri tutur. Fransa çempionatında birdən birə 6 komanda (“Bordo”, “Monpelye”, “Lill”, “Oser”, “Lion” və “Marsel”) ölkənin ən güclüsü titulunu qazanmaq üçün ölüm-dirim savaşı verir.
Superliqa rəqabətliliyinə görə hazırda Avropanın 2-ci çempionatıdır. Türkiyə çempionatının qalibi olmaq üçün 4 komanda (“Bursaspor”, “Fənərbaxça”, “Beşiktaş” və “Qalatasaray”) mübarizə aparır.
Siyahıda sonrakı yerlərdə İngiltərə (“Mançester Yunayted”, “Çelsi” və “Arsenal”), Almaniya (“Şalke”, “Bavariya” və “Bayer”), Hollandiya (“Tvente”, “Ayaks” və PSV) və İspaniya (“Real” və “Barselona”) gəlir.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0