Dənizli getmək istəyir
01.04.2010 - 08:44
“Beşiktaş”ın baş məşqçisi Mustafa Dənizli mövsümün sonunda vəzifəsindən getmək istəyir. Apasport.az saytının xəbərinə görə, sağlamlığı ilə bağlı problemlər yaşayan 60 yaşlı mütəxəssis istirahət etmək niyyətindədir.
Türkiyəli çalışdırıcının klubla müqaviləsinin müddəti yayda başa çatır. Lakin klubun prezidenti Yıldırım Dəmirörən onu buraxmaq fikrində deyil. Adıçəkilən şəxs tezliklə Dənizli ilə danışıqlara başlamağı planlaşdırır. Dəmirörən əgər onu razı sala bilməsə, məvacibini artırmaq yolu ilə onu komandada saxlayacağına əmindir.
Xatırladaq ki, 2008-ci ilin oktyabrında “Beşiktaş”ın başına gətirilən Dənizli həmin mövsümün sonunda komandaya Superliqada çempionluğu və ölkə kubokunu qazandırmışdı.

0
0