Yığmamız “Roma”nın qarşısına sülhlə çıxacaq
01.04.2010 - 09:25
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası (U-17) İtaliyada keçirilən beynəlxalq turnirdə heç-heçə ilə start götürüb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, alman mütəxəssis Oliver Pelzerin baş məşqçisi olduğu U-17 Manlio və Loris Scorpinyoların xatirəsinə həsr olunmuş 18-ci ənənəvi turnirdə ilk oyunda yerli “Ternana” ilə 2:2 hesablı bərabərliyə qalıb. Komandamızdan qolları 6-cı dəqiqədə Məqsəd İsayev və 80-ci dəqiqədə Rəsul Teymurxanlı vurub. Yığmamızın kapitanı olan Məqsəd sonradan antiqəhrəman olub. Belə ki, İsayev oyunun 65-ci dəqiqəsində ikinci sarı, ardından qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, C qrupunda yer alan yığmamız qrupda son oyununu sabah Bakı vaxtı ilə saat 19:30-da “Roma” komandasına qarşı keçirəcək.
Qeyd edək ki, C qrupunda yer alan yığmamız qrupda son oyununu sabah Bakı vaxtı ilə saat 19:30-da “Roma” komandasına qarşı keçirəcək.
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0