Vlastimil Petrjela: Mənə Bakıdan zəng etmişdilər...
01.04.2010 - 09:57
Çexiyalı məşqçisi Vlastimil Petrjela “Neftçi” klubunda köməkçisi İqor Getmanı yada salıb. Apasport.az saytının məlumatına görə, Petrjela Rusiya mətbuatına açıqlamasında Bakıda bir yerdə çalışdığı gənc həmkarından razılığını ifadə edib: “Mənə yaxınlarda Azərbaycandan keçmiş köməkçim zəng etmişdi. Bu, İqor Getmandır, belə futbolçunu xatırlayırsınız? O, “Anji”də oynayıb. Həmin adam mənə “Neftçi”də kömək edirdi. Bakıda cəmi yarım il işləməyimə baxmayaraq, Getman məni unutmayıb. Mənimlə əlaqə saxlayaraq, işlərimin necə getdiyini soruşdu. İndi o, agentdir. Hər şey elə dəyişir ki...”. Petrjela bu yerdə bir qədər yanlışlığa yol verib. Belə ki, Getman əslində, agent yox, “Neftçi”yə qayıtdıqdan sonra klubda aşağı yaş qrupları üzrə komandaların ümumi nəzarətçisi təyin olunub.
0
0