Baş məşqçi yığmamızın heç-heçəsinə aydınlıq gətirdi
01.04.2010 - 10:12
“Qarşılaşmanın ilk 15 dəqiqəsinə sürətli başladıq. Bunun məntiqi nəticəsi kimi hesabı açdıq”. Apasport.az saytının xəbərinə görə, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Oliver Pelzer deyib.
İtaliyada Manlio və Loris Scorpinyoların xatirəsinə həsr olunan ənənəvi turnirdə iştirak edən yığmamızın çalışdırıcısı “Ternana” ilə matçla (2:2) bağlı bildirib. Onun fikrincə, komandamızda yaranan arxayınçılıq hesabın bərabərləşməsi ilə nəticələnib: “Rəqib evdə oynadığı üçün ikinci hissəyə daha fəal başladı. Ani bir səhv qapımıza ikinci qolun vurulması ilə nəticələndi. Bir nəfər azlıqda oynamağımıza baxmayaraq, komandamız əzmkarlıq nümayiş etdirdi və son dəqiqələrdə bərabərlik qolunu vurmağa müvəffəq oldu. Növbəti görüşümüz İtaliyanın köklü klubu olan “Roma”ya qarşı olacaq. Bu oyunda da bizə sərf edən nəticəni əldə etməyə çalışacağıq”.
Mənbə:affa.az

0
0