Lənkəranda növbəti döyüş, son çempionların görüşü və arzuolunmaz rəqib
02.04.2010 - 11:08
Sabah Unibank Premyer Liqasında XXVI turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, “Xəzər-Lənkəran”la “Qarabağ” son iki həftədə ikinci dəfə Lənkəranda üz-üzə gələcək.
Öncə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündə qarşılaşan komandalar bu dəfə “altılıq”da vacib oyuna çıxacaqlar. Ancaq “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov komandasını kubokda yendiyi “Qarabağ”a qarşı çıxara bilməyəcək. Təcrübəli mütəxəssis cəzalı olduğu üçün texniki zonadan kənarda qalacaq. “Xəzər-Lənkəran”la kubok oyununda aldığı qırmızı vərəqə, intizamsız hərəkətindən sonra komandadan kənarlaşdırılan, sonradan bağışlanan Elnur Allahverdiyevin isə qayıdışı elə Lənkəranda olacaq. Milli komandamızın müdafiəçisi son iki turda “Qəbələ” və “İnter”lə oyunlarda iştirak etməyib.
AFFA cənub təmsilçisinə maddi baxımdan nə qədər ağır cəza versə də, stadionun cəzalandırılmaması böyük üstünlükdür. Bunu yaxşı başa düşən “Xəzər-Lənkəran” azarkeşlərini təmkinli olmağa çağırır və onların buna nə dərəcədə əməl edib-etməməyini sabahkı oyun göstərəcək. Kuboku da nəzərə alsaq, son 4 oyunda qələbə qazana bilməyən “Qarabağ” növbəti xal itkisi sayəsində çempionluq uğrunda mübarizədə işini bir qədər də çətinə salacaq. Ağdamlılar qalib gələcəkləri halda, şəxsi oyunda üstələdikləri “Xəzər-Lənkəran”ı turnir cədvəlində keçəcək.
Turun yeganə Bakı derbisində son iki çempionlar görüşəcək. Vahid lider “İnter” son çempion “Bakı”nı evdə yenməklə, qızıl medallara bir qədər də yaxınlaşacaq. “Bakı”nın qələbəsi isə çempionluq mübarizəsini daha da gərginləşdirəcək.
“Qəbələ” ardıcıl ikinci səfər oyununu Bakıda keçirəcək. Ramiz Məmmədovun komandası “Bakı”nın ardından “Neftçi”nin qonağı olacaq. Qəbələlilər “altılığ”a Lənkəranda böyük hesablı məğlubiyyətlə başlasa da, ardından inamlı təsir bağışlayaraq, 4 xal yığıblar. “Qarabağ” və “Bakı”nı büdrədən “Qəbələ”ni ilk mərhələdə üstələdiyi “Neftçi” ilə çətin sınaq gözləyir. Hər halda, “ağ-qaralar” üçün cari mövsümdə məğlub edə bilmədiyi rəqibi arzuolunmaz saymaq olar.
3 aprel
16:00. "Neftçi" - "Qəbələ"
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
İlk mərhələdəki oyunlar – 0:1, 1:1
16:00. "Simurq" - "Muğan"
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk mərhələdəki oyunlar – 0:0, 0:0
16:00. "Olimpik-Şüvəlan" - "Turan"
Bakı. "Şəfa" stadionu
İlk mərhələdəki oyunlar – 3:3, 0:0
18:00. "Xəzər-Lənkəran" - "Qarabağ"
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk mərhələdəki oyunlar – 0:1, 0:0
4 aprel
16:00. "İnter" - "Bakı"
Bakı. "Şəfa" stadionu
İlk mərhələdəki oyunlar – 1:0, 0:2
16:00. "Karvan" - "Standard"
Yevlax. Şəhər stadionu
İlk mərhələdəki oyunlar – 2:2, 0:1
Bombardir: Adrean Neaqa (“Neftçi”) - 11

| komandalar | o | q | h | m | t | x |
1 | "İnter" | 13 | 6 | 4 | 3 | 14-12 | 22 |
2 | "Xəzər-Lənkəran" | 13 | 4 | 7 | 2 | 12-6 | 19 |
3 | "Neftçi" | 13 | 3 | 7 | 3 | 8-7 | 16 |
4 | "Qarabağ" | 13 | 3 | 7 | 3 | 8-10 | 16 |
5 | "Bakı" | 13 | 4 | 4 | 5 | 11-11 | 16 |
6 | "Qəbələ" | 13 | 2 | 5 | 6 | 11-18 | 11 |
| |||||||
7 | "Simurq" | 13 | 6 | 5 | 2 | 16-10 | 23 |
8 | "Olimpik-Şüvəlan" | 13 | 6 | 4 | 3 | 18-12 | 22 |
9 | "Turan" | 13 | 5 | 5 | 3 | 19-15 | 20 |
10 | "Muğan" | 13 | 4 | 5 | 4 | 8-8 | 17 |
11 | "Standard" | 13 | 3 | 3 | 7 | 11-18 | 12 |
12 | "Karvan" | 13 | 1 | 6 | 6 | 9-18 | 9 |
Bombardir: Adrean Neaqa (“Neftçi”) - 11
0
0