“Çox istərdim ki, Azərbaycan klubları da bu səviyyəyə gəlsinlər” - FOTO
02.04.2010 - 11:30
“Buradakı komandaların fiziki hazırlığı çox yüksəkdir. Komandaların heyətində 4-5 legioner futbolçu çıxış edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Vasl” klubunda çalışan azərbaycanlı həkim-fizioterapevt Rahim Məhərrəmov deyib.
Uzun müddət “Şəmkir”, “Karvan”, “Standard”, “Neftçi” kimi komandalarda işləyən gənc mütəxəssis Peşəkar Futbol Liqasının rəsmi internet saytına açıqlamasında Azərbaycan və BƏƏ futbolunu müqayisə edib: “İşlədiyim “Əl-Vasl” klubunun eyni səviyyəli 1 oyun, 7 məşq meydançası, hər cür şəraitə malik idman bazası var. Burada klubun inzibati heyətinin, həmçinin komandanın hazırlığı üçün çox yaxşı şərait yaradılıb. Çox istərdim ki, Azərbaycan klubları da texniki təchizat baxımından bu səviyyəyə gəlsinlər".
Məhərrəmov komandasının Asiyada titul qazanmaq perspektivini də vurğulayıb: "Ölkə çempionatında 5-ci pillədəyik. Növbəti oyunumuzu aprelin 8-də “Əl-Əhli” klubuna qarşı keçirəcəyik. Oyuna hazırlıq öz qaydasında gedir. Eyni zamanda, bir neçə gün öncə “Körfəz Klubları Kuboku”nun finalına vəsiqə qazanmışıq. Kubokun final oyunu iki görüşdən ibarətdir. Bu turnirdə qalib gəlmək qarşımıza məqsəd qoyulub".
Gələcək planlar haqqında danışan Məhərrəmov ölkə xaricində təcrübə toplamaq fikrindədir: “Əl-Vasl” klubu ilə 1,5 illik müqaviləm var. Bu müddət ərzində daha çox təcrübə toplamağa çalışacağam. Qeyd edim ki, aprelin 8-9-da Dubayda BƏƏ həkim-fizioterapevtlərinin konfransı keçiriləcək. Tədbirdə bizim klubu təmsil etmək mənə həvalə olunub".

0
0