“Mübariz Mənsimov varsa...”
02.04.2010 - 12:01
“Oğlum üçün Türkiyədə menecer axtarmadıq. Onsuz da Cemin sponsoru Mübariz Mənsimovun sahibi olduğu “Palmali” şirkətidir”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər-Lənkəran”ın futbolçusu Cem Fələkin atası Nural Fələk deyib.
İcarə əsasında “Ayntraxt”da (Almaniya) çıxış edən və bir neçə gün əvvəl “Barselona” (İspaniya) ilə ilkin müqavilə bağlayan 14 yaşlı istedadın atası oğlunun transfer işləri haqqında fikirlərini açıqlayıb. O, Cemin transfer hüquqlarının “Xəzər-Lənkəran”a məxsus olmasından, klubun fəxri prezidenti Mübariz Mənsimovun Cemə sponsorluq etməsindən məmnun olduğunu bildirib: “Bilirik ki, Mənsimov lazım olan hər şeyi edəcək. Buna görə də Cemin gələcəyi ilə bağlı heç bir şübhəmiz yoxdur. Almaniyada bir meneceri var – Bektaş Demirtaş. Hələ 9 yaşı olanda, onunla müqavilə bağlayıb. Yaxşı insandandır, ona da inanırıq”.

0
0