Hiddink Ustanı Türkiyə yığmasına çağırdı
02.04.2010 - 12:14
Hiddink Ustanı Türkiyə yığmasına çağırdı
Bakının “Neftçi” klubunun müdafiəçisi Suat Ustanın qardaşı Fuat Usta üçün əla şans yaranıb. Apasport.az saytının məlumatına görə, 16 il peşəkar futbol oynamış Fuata milli komandada məşqçi işləmək təklif olunub.

Fuat Usta və Türkiyə yığmasının baş məşqçisi Qus Hiddinki birləşdirən cəhətlər var. Belə ki, hər iki mütəxəssis Hollandiya futbolunun yetirməsidir.

Artıq Fuat Ustanı Türkiyəyə dəvət ediblər. Danışıqlar müsbət yekunlaşsa, Fuatla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Artıq Fuat bununla bağlı Suatla məsləhətləşib.

Xatırladaq ki, Türkiyə və Azərbaycan yığmaları Avro-2012-nin seçmə mərhələsində eyni qrupa düşüblər. Bunu nəzərə alsaq, Fuat Ustanın Azərbaycana gəlmək imkanı yaranıb.