Ramal Hüseynov: Bəzi futbolçular qorxduqları üçün geri çəkiliblər
02.04.2010 - 12:37
“Komandadan ayrılanda onlara sözümü demişəm. Müqaviləmin müddəti mayda başa çatacaq. Həmin ay da daxil olmaqla, maaşımı tələb edirəm və alacağam da”. Bu sözləri apasport.az saytına açıqlamasında Sumqayıtın “Standard” klubundan uzaqlaşdırılan 26 yaşlı yarımmüdafiəçi Ramal Hüseynov deyib.
Adətən, Azərbaycanda mövsümün gedişində heyətdən uzaqlaşdırılan futbolçuların əməkhaqqıları ödənilmir. Amma Ramal bildirib ki, nəyin bahasına olursa olsun, pulunu alacaq: “Həmkarlarım yəqin ki, qorxduqlarına, sözlərini deyə bilmədiklərinə görə geri çəkiliblər. Mənim Allahdan başqa, heç kimdən qorxum yoxdur və haqqımı sona qədər tələb edəcəyəm. Mənim haqqımı heç kim yeyə bilməz. Buna heç vaxt imkan vermərəm”.
Xatırladaq ki, Ramal Hüseynov cari mövsümün əvvəlində komandaya transfer olunmuşdu. Ramal "Standard"dan öncə "Qarabağ", "Bakı" və Türkiyənin "Kocaelispor" klubunun uğurları üçün çalışıb. Qısa zamanda Azərbaycan yığmasının da şərəfini qoruyub.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0