“Qalatasaray”ın polisə aparılan futbolçusuna 10 min dollar cəza
02.04.2010 - 13:36
“Qalatasaray”ın polisə aparılan futbolçusuna 10 min dollar cəza
“Qalatasaray” klubu braziliyalı futbolçusu Jonu ağır cəzalandırıb. Apasport.az saytının məlumatına görə, qışda icarəyə götürülən 23 yaşlı hücumçu intizamsız hərəkətləri ilə rəhbərliyin səbr kasasını daşdırıb.

İstanbulda ona ayrılan evdə verdiyi ziyafət nəticəsində qonşularla dalaşan və nəticədə iki dəfə polis şöbəsinə aparılan Jo haqda ciddi ölçü götürülüb. Belə ki, braziliyalını həmin evdən çıxararaq, “Qalatasaray”ın prezidenti Adnan Polatın sahibi olduğu otelə yerləşdirən rəhbərlik cərimə də kəsib. Məbləğin ən azı 10 min dollar olması gözlənilir.