“Qarabağ”ın uğursuzluğa düşməsində “Xəzər-Lənkəran” günahkardır”
02.04.2010 - 13:53
“Komandamızın son vaxtlar uğursuzluq zolağına düşməsində “Xəzər-Lənkəran”la kubok oyununun böyük təsiri olub. Lənkəranda uduzaraq, ölkə kubokundakı titulu itirdiyimiz həmin görüşdən sonra futbolçularımızda ruh düşkünlüyü yaradıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Rəşad Sadiqov deyib.
Ötən mövsüm Avroliqada uğurla çıxış edən Azərbaycan kubokunun son qalibi artıq ardıcıl 4 oyundur qələbə qazana bilmir. Milli komandamızın da üzvü olan Rəşadın fikrincə, fiziki və psixoloji yorğunluq öz sözünü deyir: “Gənc komandamız var. Bu mənada Lənkəranda haqsızlıqla üzləşdiyimiz oyunda mənəvi zərbə aldıq. Bunun pis fəsadları sonrakı oyunlarda özünü göstərdi. Fiziki yorğunluq da öz sözünü deyir. Heyətimiz elə də geniş olmadığı üçün daim meydana çıxan futbolçuların üzərinə ağırlıq düşür. Bu zaman sıx təqvimdə həmişə yaxşı oynamaq çətin olur”.
Vaqif Cavadovun gedişinin də təsirsiz ötüşmədiyini deyən Sadiqovun fikrincə, “qara zolaq”dan çıxmağın vaxtı çatıb. Bu mənada Premyer Liqada “Xəzər-Lənkəran”la səfər oyununa dönüş nöqtəsi kimi baxan 27 yaşlı yarımmüdafiəçi qovulduğu meydana yenidən çıxmaqda problem görmür: “Bir oyunla hər şeyi qurban vermək, hər şeyin üstündən xətt çəkmək olmaz. Əksinə, Lənkəranda meydana yüksək əhval-ruhiyyədə və qələbə qazanmaq üçün çıxacağıq. İndiki vəziyyətdə çıxış yolu komandanın özünü toparlamasıdır. Üstəlik, bundan sonra oyunların həftədə bir dəfə olduğunu nəzərə alsaq, daha əvvəlki qrafikdə oynamayacağıq. Bunu indiki vəziyyətdə xeyrimizə olan amil sayıram. Artıq həmin gərginlik olmayacaq və həftədə bir oyun keçirməklə, gücümüzü bərpa edə bilərik. Lənkəran stadionundakı atmosferdə oynamaq həmişə xoşdur. Belə yaxşı meydançada oynamaq hər futbolçuya zövq verir”.
Qeyd edək ki, Sadiqov “Xəzər-Lənkəran”la kubok oyununun sonunda birbaşa qırmızı vərəqə alaraq meydanda çıxarılmışdı. Ancaq FİFA hakimi Vüsal Əliyevin həmin epizodda qərarını səhv olduğunu rəsmən təsdiqləyən AFFA, Rəşada göstərilən qırmızını sarı vərəqə ilə əvəzlədi.

0
0