“İnter” – “Bakı”: nəhs derbi
02.04.2010 - 14:08
“İnter” – “Bakı”: nəhs derbi
Unibank Premyer Liqasının XXVI turunda qarşılaşacaq “İnter” və “Bakı” klubları çempionat çərçivəsində 13-cü dəfə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, 2004-cü ilin yayından etibarən indiki adlarını daşıyan paytaxt təmsilçilərinin əvvəlki 12 görüşündə ənənə müşahidə olunur.

Belə ki, artıq 6 ildir “Bakı” “İnter” oyunlarında qol vuran komanda qalib gəlir. Yəni, ya komandaların biri qol vurur, ya da heç biri. “Qol vur, qalib gəl” prinsipinin davam etdiyi Bakı derbisində heç vaxt ikidən artıq qol da vurulmur. Ümumilikdə, “Bakı” 7, “İnter” 2 qələbə qazanıbsa, 3 dəfə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, son iki ilin çempionları olan “İnter” və “Bakı” müvafiq olaraq 2007/08 və 2008/09 mövsümlərində zəfər çalıb.

“İnter” – “Bakı”: çempionatdakı bütün oyunlar

13.12.2004

İnter

Bakı

0:0

15.05.2005

Bakı

İnter

2:0

17.12.2005

Bakı

İnter

1:0

29.05.2006

İnter

Bakı

0:1

17.09.2006

Bakı

İnter

2:0

28.04.2007

İnter

Bakı

0:1

25.08.2007

Bakı

İnter

0:0

01.03.2008

İnter

Bakı

1:0

24.08.2008

Bakı

İnter

0:0

28.02.2009

İnter

Bakı

0:1

22.10.2009

İnter

Bakı

1:0

09.12.2009

Bakı

İnter

2:0