Aleksandr Çertoqanov: Qoy, “Bakı” bizdən çəkinsin!
02.04.2010 - 14:39
“Bakı” ilə oyun ərəfəsində rəqibdən qorxmuruq. Ümumiyyətlə, biz niyə onlardan qorxmalıyıq ki? Qoy, onlar bizdən çəkinsinlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun futbolçusu Aleksandr Çertoqanov deyib.
30 yaşlı yarımmüdafiəçi Unibank Premyer Liqasının XXVI turunda qarşılaşacaqları “Bakı”nın məğlubedilməz olmadığını düşünür: “Hamıya hörmətlə yanaşırıq. Eyni zamanda, istənilən rəqibi məğlub etməyə hazırıq. “Bakı” ilə oyun ərəfəsində ciddi kadr problemimiz yoxdur. Düzdür, zədə səbəbindən əməliyyat olunacaq Girts Karlson bu görüşdə oynamayacaq. Latviyalı futbolçu yaxın günlərdə Almaniyaya yollanmalıdır. Yerdə qalan oyunçularımızla bağlı isə hər şey qaydasındadır. Və qələbə qazanmağımıza hər hansı əngəl görmürük”.
Çertoqanov çempionatın lideri olan komandasının ötən tur üzləşdiyi xal itkisinə də toxunub: “Ötən tur səfərdə “Qarabağ”la heç-heçə etmişik ki, bu da pis nəticə sayılmamalıdır. Ağdamlılar rəqiblərindən zəif deyil. Üstəlik, onlara qarşı o qədər də yaxşı olmayan ot örtüyündə oynamalı olduq. Belə xal itkiləri komandamızdakı əhval-ruhiyyəni poza bilməz. Əksinə, biz layiqincə oynadıq”.
Qeyd edək ki, aprelin 4-də “Şəfa” stadionunda keçiriləcək “İnter” - “Bakı” matçı saat 16:00-da başlayacaq.
Mənbə: extratime.az

0
0