Bülənt Korkmaz: Azərbaycana qayıda bilərəm
02.04.2010 - 14:46
“Bakı” klubunun sabiq baş məşqçisi Bülənt Korkmaz Azərbaycana qayıtmağın əleyhinə deyil. Apasport.az saytının məlumatına görə, 42 yaşlı türkiyəli mütəxəssis yarım il çalışdığı ölkəmizdəki fəaliyyətini davam etdirmək variantına pis baxmır.
Korkmaz gələcəkdə münasib təklifə razılıq verəcəyini istisna etmir: “Azərbaycanda yenə çalışa bilərəm. “Bu ölkədə çalışmaram” demərəm. Azərbaycanda futbol adına hər şey çox çətindir. Qar yağanda meydanı komandamla birgə təmizlədik. Azərbaycanlılar Türkiyə futbolunu və Türkiyəyə dair hər şeyi çox yaxından izləyirlər. Milli komandamızın Avro-2012-də Azərbaycan yığması ilə səfərdə oynayacağı qarşılaşma çox çətin olacaq”.
Qeyd edək ki, Korkmaz “Bakı”dan Premyer Liqanın XXIV turu çərçivəsində “Neftçi” ilə səfərdə 0:1 hesab məğlubiyyətlə nəticələnən oyundan sonra gedib.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0