Arda “Qalatasaray”dan ayrılıb, “Fənərbaxça”ya getsə...
02.04.2010 - 15:11
“Bakı” klubunun sabiq baş məşqçisi Bülənt Korkmaz həmyerlisi Sərvət Çətinin səhvini göstərib. Apasport.az saytının məlumatına görə, türkiyəli çalışdırıcı “Qalatasaray”da rəhbərliyi altında oynadığı müdafiəçini Avropada çıxış edə biləcək futbolçu sayır. Ancaq Korkmaz Çətinə iradını da bildirib: “Sərvət çox açıq ürəkli bir futbolçudur. Ancaq hər şeyi mətbuat qarşısında danışmamalıdır. Onun xətalarından biri budur. Sərvət çox dəyərli bir futbolçudur və ona sahib olmaq gərəkdir. O, Avropada rahatlıqla oynayar”.
Korkmaz “Qalatasaray”ın digər futbolçusu Arda Turana xüsusilə toxunub. “Cim Bom”un 23 yaşlı kapitanına bir sıra tövsiyələrini çatdıran Korkmaz bildirib ki, Turan xətalar edib və bundan sonra da edəcək: “Arda bunlardan dərs almalıdır. Buna görə də Turana mətbuatın gündəmindən çıxması lazımdır. O, özünü unutdurmalıdır. “Qalatasaray”da oynayırsansa, hər şeyə diqqət etmək məcburiyyətindəsən. Arda çox ağıllı və istedadlıdır. Bu gün “Qalatasaray”ı uğura daşıyacaq əsas isimlərdən biri odur. Turan mövsümün sonunda gələcəyi üçün Avropaya getməlidir. Burada qalaraq, özünə zərər verə bilər. Mənim vaxtımda Ardaya üç ölkədən təklif gəlmişdi. “Liverpul” istəsə, onu alar. Əslində, Arda bunu deyir. Türkiyədə sıradan futbolçular 8-10 milyon avrodur. Arda isə çox bahalıdır. “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım ona 15 yox, 25 milyon avro verməlidir. Bu məbləğ verilsə də, Arda “Qalatasaray”ı buraxıb, “Fənərbaxça”ya getməz”.
Qeyd edək ki, Arda mövsümün sonuna “Qalatasaray”ı tərk edib, Avropaya oynamaq istədiyini açıqlayıb.

0
0