Dünyanın ən yaxşı hücumçusunun adı açıqlandı
02.04.2010 - 15:27
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2010-cu ilin ən məhsuldar oyunçularının siyahısını yeniləyib. Apasport.az saytının məlumatına görə, tərtib edilən cədvələ milli komanda və qitə kuboklarında üst-üstə 4 və daha çox qol vuran futbolçular düşüb.
Siyahıya anqolalı Flavio da Silva Amado başçılıq edir. Yığmada 3 dəfə fərqlənən hücumçu Səudiyyə Ərəbistanının “Əl-Şəbəb” klubunda 4 qol vurub. Flavionun 5 ən yaxın izləyicisinin hər biri isə rəqib qapılarından 6 top keçirib.
Ən məhsuldar avropalı David Vilyadır. İspaniya millisində 1, “Valensiya”da 4 dəfə sevinən 29 yaşlı Vilya dünyada 8-ci yerdədir. Eyni sayda qol vuran Ueyn Runi (İngiltərə, “Mançester Yunayted”) bütün qollarını klubunda vurduğu üçün 9-cu pillədə qərarlaşıb. Avropanın üçüncüsü danimarkalı Niklas Bendtnerdir. O, yığmada 1, “Arsenal”da 3 qol vurmaqla, planetin 16-cı qolçusudur.
Qeyd edək ki, ən yaxşı Azərbaycan təmsilçiləri bu ilki beynəlxalq oyunlarda 1-dən artıq qol vurmayıb.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0