Tofiq Mustafayev: O həngamədən sonra Mircavadovsuz mütləq qalib gəlməliyik
02.04.2010 - 17:19
“Baş məşqçimiz Ağasəlim Mircavadovun yoxluğu bizim üçün böyük itkidir. Çalışacağıq ki, köməkçiləri kimi onun yoxluğunu hiss etdirməyək. Futbolçularımız da bunun üçün əlindən gələni edəcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun məşqçisi Tofiq Mustafayev deyib.
AFFA-nın İntizam Komitəsi “Neftçi” ilə qalmaqallı görüşdə intizamsız hərəkətlərinə görə 4 oyunluq cəzalandırdığı “Xəzər-Lənkəran”ın çalışdırıcı Ağasəlim Mircavadov Premyer Liqasının XXVI turunda “Qarabağ”la görüşdə texniki zonada yer ala bilməyəcək. Bu mənada komandanı oyuna çıxaracaq Mustafayev texniki zonada əsas söz sahibi olacaq. Məsuliyyəti yaxşı dərk edən çalışdırıcı bu işdə köməkçilərinin yardımına ümid edir: “Biz hamılıqla hər şeyin qaydasında olmasına çalışacağıq. İstənilən halda, komandanı oyuna Ağasəlim müəllim hazırlaşdıracaq. Sadəcə, cəza səbəbindən yer ala bilmədiyi üçün oyun zamanı texniki zonadan göstərişləri biz verəcəyik. Futbolçuların hamısı peşəkar olduqları üçün onları idarə etmək elə də çətin olmamalıdır. Əsas məsələlərdən biri futbolçuların mövqe səhvlərinə yol verməməyidir. Biz bununla bağlı lazımı göstərişləri verəcəyik. Təəssüf ki, heyətlə də bağlı itkilərimiz var. Dörd futbolçumuz zədə və cəza səbəbindən oynamayacaq. Özü də nəzərə alaq ki, onlardan üçü hücuma meylli futbolçudur”.
Mustafayev “Qarabağ”ın yaxşı komanda olmasında gənc həmkarı Qurban Qurbanovun əməyini xüsusilə qeyd edib: “Qarabağ” Premyer Liqamızın ən güclü klublarından biridir. Heyətinin böyük əksəriyyəti yerli futbolçulardan təşkil olunub. Əsl futbolumuza xas olan oyun göstərirlər. Bütün bunlar bizi sevindirir. “Qarabağ”ın futbolçuları topla yaxşı rəftar edir, qısa ötürmələrdən istifadə edir, ən əsası, əzmkar, mübariz komandadır. Bunda Qurbanovun böyük zəhməti var. O, özü də əzmkar futbolçu olub. Qurbanov əzmkarlığını çalışdırdığı komandaya da aşılayıb və nəticədə yetirmələri meydanın hər qarışı uğrunda mübarizə aparırlar. Fikrimcə, sabah maraqlı, sürətli oyunun şahidi olacağıq”.
Mustafayev “Neftçi” ilə oyundan sonra yaxşı hakimlik və qələbə gözləyir: “Hakimlər də insandır, səhv edə bilərlər. Ancaq insanların emosiyaları ilə oynamaq olmaz. Biz həmişə yaxşı hakimlik istəmişik, buna ümid etmişik. Əsas məsələ qərəzli hakimliyin olmamağıdır. Ancaq təəssüf ki, əvvəlki oyunlarda bizə qarşı hakim qərəzi olub. “Qarabağ”la oyuna qələbə qazanmaq üçün çıxacağıq. “Neftçi” ilə oyunda elə həngamədən sonra Mircavadovsuz da mütləq qalib gəlməliyik. Fikrimcə, elə “Qarabağ”ın da məqsədi qələbə qazanmaq olacaq. Lənkəranda baş verənlərdən sonra futbolçularımızda psixoloji gərginliyi aradan qaldırmaq üçün bütün gücümüzü sərf etmişik. Futbolçularımızı sakitləşdirib, onların meydanda təmkinli olmasına çalışacağıq”.

0
0