“Livorno” satılır
02.04.2010 - 22:08
İtaliya A seriyasında son pillədə qərarlaşan “Livorno” satışa çıxarılıb. Apasport.az saytının xəbərinə görə, bu barədə klubun prezidenti Aldo Spinelli “Sky Sports”a müsahibəsində bildirib: “Livorno”nu satışa çıxarmışıq. Buna baxmayaraq, klubun A seriyasında qalması üçün əlimizdən gələni əsirgəmirik. Son 5 ildə yalnız bir dəfə B seriyasında çıxış etmişik. Kiçik şəhərin komandası olduğumuz üçün B seriyasına düşməyimiz uğursuzluq sayılmayacaq. Klubu alan da hazır bir komandanı almış olacaq. Çünki heyətimiz yaxşı futbolçulardan təşkil olunub”.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0