Baş məşqçi rəqib komandanın paltardəyişmə otağında gizləndi
02.04.2010 - 23:03
“Rapid”in Avstriya kubokunun 1/4 finalında zəif “Austriya Kertnen”ə məğlub olması (2:3) Vyana təmsilçisinin azarkeşlərinin hiddətinə səbəb olub. Apasport.az saytının xəbərinə görə, bununla barışmaq istəməyən fanatlar oyundan sonra komandanın yer aldığı avtobusa hücum ediblər. Azarkeşlərinin əsas hədəfi baş məşqçi Peter Pakult olsa da, adıçəkilən mütəxəssis qorxusundan rəqibin paltardəyişmə otağında gizlənib. Lakin sonradan 50 yaşlı çalışdırıcının fanatların lideri ilə görüşməsindən sonra azarkeşlər sakitləşiblər.
Xatırladaq ki, 14 dəfə Avstriya kubokunun qalibi olan “Rapid” sonuncu dəfə 1995-ci ildə bu titula yiyələnib.
Xatırladaq ki, 14 dəfə Avstriya kubokunun qalibi olan “Rapid” sonuncu dəfə 1995-ci ildə bu titula yiyələnib.
0
0