Leo Frankonun üzrü qəbahətindən böyükdür
03.04.2010 - 09:33
Leo Frankonun üzrü qəbahətindən böyükdür
Ötən həftəsonu “Fənərbaxça” ilə oyunda Səlçuk Şahinin 35 metrlik məsafədən zərbəsinin qarşısını ala bilməyərək “Qalatasaray”ın məğlubiyyətinə səbəb olan argentinalı qapıçı Leo Franko bir anda azarkeşlərin və klubun idarə heyətinin tənqid hədəfinə çevrildi. Apasport.az saytının məlumatına görə, 32 yaşlı qapıçı həmin vəziyyət haqqında hər kəsi şoka salan etiraf edib.

Normal həyatda rəngli linzalardan istifadə edən argentinalı qapıçı oyun vaxtı bunu çıxarmağı unutduğunu deyib: “Fənərbaxça” ilə oyundan əvvəl linzalarımı çıxarmağı unutmuşdum. Səlçuk zərbə endirəndə top cərimə meydançasına daxil olana qədər onu görmədim. Çünki top parıldayırdı. Yalnız bundan sonra topu dəf etməyə çalışdım, amma artıq gec idi. Linzalarımı çıxartsaydım, o qolu buraxmazdım. Necə belə səhvə yol vermişəm, hələ də anlamıram”.
Bu arada mövsümün sonunda Frank Raykaardın istefaya göndəriləcəyi ilə bağlı xəbərləri “Cim-Bom”un prezidenti Adnan Polat təkzib edib: “Raykaarddan məmnunuq. Onu nəinki bu sezon sonu göndərəcəyik, Frank hətta gələn mövsüm və ondan sonrakı il də “Qalatasaray”da qalacaq”.