“Marsel” də azərbaycanlı futbolçularla bacarmadı
03.04.2010 - 09:48
 “Marsel” də azərbaycanlı futbolçularla bacarmadı
İtaliyanın Olbia şəhərində keçirilən beynəlxalq turnirdə növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci oyununda Fransanın “Marsel” klubu ilə qarşılaşıb.

Məşhur klubun müvafiq yaş qruplu komandası ilə görüşdə qapılara qol vurulmayıb. Yarışların əsasnaməsinə uyğun olaraq ümumi vaxtı 35 dəqiqədən ibarət matçın əsas vaxtı bitən kimi oyunsonrası penalti seriyası yerinə yetirilib. Yığmamız penalti zərbələrini daha dəqiq vuraraq qalib gəlib.

Maraqlıdır ki, seriyanın hesabı AFFA-nın rəsmi internet saytında 5:3, turnirin rəsmi orqanında isə 5:4 göstərilib.

İlk qarşılaşmada İtaliyanın “Yuventus” klubunu 1:0 hesabı ilə məğlub edən millimiz qrup qalibi kimi növbəti mərhələyə vəsiqə qazanıb. Bernard Lippertin yetirmələri bu gün keçiriləcək 1/4 finalda “Kuins Park Reyncers” – “Kalyari” cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, yığmamızın bu günkü oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.