“Qalatasaray” yeni qapıçı tapdı
03.04.2010 - 10:08
“Qalatasaray” yeni qapıçı tapdı
"Fənərbaxça" ilə oyunda ciddi səhvə yol verən Leo Franko mövsümün sonunda komandadan uzaqlaşdırılacaq. Apasport.az saytının xəbərinə görə, gələn mövsüm üçün daha etibarlı qapıçı axtarışına çıxan klub rəhbərliyi "İstanbul Böyükşəhər Bələdiyyəspor"un qapıçısı Kenan Hasagiçin üzərində dayanıb.

"Qalatasaray"ın prezidenti Adnan Polatın "İstanbul Böyükşəhər Bələdiyyəspor"dakı həmkarı Göksel Gümüşdağa zəng vurduğu və 30 yaşlı qapıçı ilə maraqlandığı bildirilir. Bu mövsümün sonunda müqaviləsi başa çatacaq bosniyalı qapıçının transfer qiymətinin aşağı olması da "Qalatasaray" üçün cəlbedici görünür.

“Sarı-qırmızı” komandanın ildə 1 milyon avro vermək istədikləri qapıçını heyətlərinə yerli oyunçu kimi cəlb etmək niyyətindədir. Kenan Hasagiçin özü də Türkiyə vətəndaşı olmağa etiraz etmir: "Əgər "Qalatasaray"a transfer olunsam, böyük məmnuniyyətlə Türkiyə vətəndaşlığını qəbul edərəm. Vətəndaş olmaq üçün bütün tələblərə cavab verirəm. Belə bir klubun qapısını qorumaq böyük şərəfdi".