“Xəzər-Lənkəran” “Qarabağ”ı əliboş qaytardı - YENİLƏNİB
03.04.2010 - 18:52
“Xəzər-Lənkəran” “Qarabağ”ı əliboş qaytardı - YENİLƏNİB
Bu gün Unibank Premyer Liqasının XXVI turu start götürüb. Apasport.az saytının məlumatına görə, final mərhələsində sayca 4-cü olan turun ilk 4 qarşılaşması baş tutub.

Günün böyük hesablı qələbəsi “Şəfa” stadionunda qeydə alınıb. İkinci “altılıq”da gedən mübarizədə “Olimpik-Şüvəlan” Tovuzun “Turan” komandasını darmadağın edib. “Muğan” isə Zaqatalada “Simurq”a yenilib.

Ötən tur “Xəzər-Lənkəran”la qalmaqallı görüşdə bir xala sevinən “Neftçi” bu dəfə meydandan məğlub ayrılıb. Bakılılar öz meydanında final mərhələsinin autsayderi “Qəbələ” ilə bacarmayıb.

İlk “altılığ”ın ən prinsipial qarşılaşması isə Lənkəranda baş tutub. “Xəzər-Lənkəran” ölkə kubokunda mübarizədən kənarlaşdırdığı “Qarabağ”la qarşılaşıb. 2:1 hesablı qələbə qazanan cənub təmsilçisi hesabındakı xalları 22-yə çatdıraraq, birinci yerə yüksəlib. Əgər sabah paytaxt derbisində lider “İnter” “Bakı”ya uduzacağı təqdirdə, lənkəranlılar zirvədə qalacaq.


3 aprel

"Xəzər-Lənkəran" - "Qarabağ" - 2:1
QOLLAR: İvan Svetkov, 44 (p); Mario Souza, 53 - Georgi Adamiya, 61
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk mərhələdəki oyunlar – 0:1, 0:0

"Neftçi" - "Qəbələ" - 1:2
QOLLAR: Rəşad Abdullayev, 63 - Milan Antiç, 35; Tomaş Stolpa, 90+5
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
İlk mərhələdəki oyunlar – 0:1, 1:1

"Simurq" - "Muğan" - 1:0
QOL: Elşən Məmmədov, 15
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk mərhələdəki oyunlar – 0:0, 0:0

"Olimpik-Şüvəlan" - "Turan" - 4:1
QOLLAR: Anatoli Doroş, 2; 42; 44; Alves Dos Santos, 64 - Nadir Nəbiyev, 84
Bakı. "Şəfa" stadionu
İlk mərhələdəki oyunlar – 3:3, 0:0

4 aprel

16:00. "İnter" - "Bakı"
Bakı. "Şəfa" stadionu
İlk mərhələdəki oyunlar – 1:0, 0:2

16:00. "Karvan" - "Standard"
Yevlax. Şəhər stadionu
İlk mərhələdəki oyunlar – 2:2, 0:1


komandalar

o

q

h

m

t

x

1

"İnter"

13

6

4

3

14-12

22

2

"Xəzər-Lənkəran"

13

4

7

2

12-6

19

3

"Neftçi"

13

3

7

3

8-7

16

4

"Qarabağ"

13

3

7

3

8-10

16

5

"Bakı"

13

4

4

5

11-11

16

6

"Qəbələ"

13

2

5

6

11-18

11

7

"Simurq"

13

6

5

2

16-10

23

8

"Olimpik-Şüvəlan"

13

6

4

3

18-12

22

9

"Turan"

13

5

5

3

19-15

20

10

"Muğan"

13

4

5

4

8-8

17

11

"Standard"

13

3

3

7

11-18

12

12

"Karvan"

13

1

6

6

9-18

9


Bombardir: Adrean Neaqa (“Neftçi”) - 11