“Latsio” Azərbaycan yığmasının qabağını kəsdi
03.04.2010 - 10:23
“Latsio” Azərbaycan yığmasının qabağını kəsdi
İtaliyada Manlio və Loris Skorpinyoların xatirəsinə həsr olunan sayca 18-ci ənənəvi turnirdə yarımfinalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət milli komandamızın da çıxış etdiyi yarışda qrup mərhələsi başa çatdıqdan sonra 4 “xoşbəxtin” adı məlum olub.

Mərhələnin yekunlaşması ilə C qrupunda ikinci yeri tutan Bernard Lippertin yetirmələrinin yarışı başa vurması da rəsmiləşib. Belə ki, turnirin əsasnaməsinə görə 3 qrup qalibi ilə yanaşı, ən yaxşı ikinci də 1/2 finala vəsiqə qazanıb. Lakin futbolçularımız digər ikinci komandalardan fərqli, qələbə qazanmamağının əziyyətini çəkib. Ən yaxşı qrup ikincisi isə “Latsio”nun yeniyetmələri olub.

A qrupu: “Askoli” – “Rieti” 2:3, “Rieti” – “Kalyari” 0:0, “Kalyari” – “Askoli” 2:3.

1

“Rieti”

2

1

1

0

3-2

4

2

“Askoli”

2

1

0

1

5-5

3

3

“Kalyari”

2

0

1

1

2-3

1


B qrupu: “Latsio” – “Valle del Giovense” 1:0, “Den Haaq” (Hollandiya) - “Valle del Giovense” 2:1, “Latsio” – “Den Haaq” 1:1.

1

“Den Haaq”

2

1

1

0

3-2

4

2

“Latsio”

2

1

1

0

2-1

4

3

“Valle del Giocvense”

2

0

0

2

1-3

0


C qrupu: Azərbaycan – “Ternana” 2:2, “Ternana” - “Roma” 1:2, “Roma” – Azərbaycan 3:2.

1

“Roma”

2

2

0

0

5-3

6

2

Azərbaycan

2

0

1

1

4-5

1

3

“Ternana”

2

0

1

1

3-4

1


Əvvəlcədən müəyyənləşdiyi kimi, bu gün baş tutacaq yarımfinal mərhələsində A və C qruplarının qalibləri bir-biri ilə, B qrupunun qalibi isə ən yaxşı ikinci yerlə görüşəcək: “Roma” – “Rieti”, “Den Haaq” – “Latsio”.

Maraqlıdır ki, “Latsio” B qrupunda çıxış etdiyindən yenidən “Den Haaq”la üz-üzə gələcək. Bu gün Bakı vaxtı ilə saat 13:00-da başlayacaq bu matçların qalibləri saat 20:00-da finalda Manlio Skorpinyo adına stadionda qarşılaşacaq.