“Qəbələ” bu gün “Fənərbaxça” ilə qarşılaşacaq
03.04.2010 - 10:38
Türkiyədə keçirilən beynəlxalq Kuşadası kubokunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, dünyanın 64 klubunun azyaşlılardan ibarət komandalarının mübarizə apardığı yarışda Azərbaycanı təmsil edən “Qəbələ” ilk məğlubiyyətini alıb. İngiltərənin kifayət qədər tanınan “Midlsbro” komandası ilə qarşılaşan futbolçularımız yalnız penaltilər seriyasında rəqibinə uduzub.
İngilislərlə matçın 2-ci dəqiqəsində Fərid Əsədli hesabı açsa da az keçməmiş rəqib bərabərlik qolunu vurub. Cəmi 5 dəqiqə sonra Fərid uzaq zərbə ilə dublunu rəsmiləşdirib. Bundan sonra futbolçularımız bir neçə qol şansı əldə etsələr də, hesab arasındakı fərqi ikiyə çatdırmaq mümkün olmayıb. Hakimin final fitinə 10 saniyə qalmış "Midlsbro" futbolçuları cərimə meydançasında yaranmış qarmaqarışıqlıqdan sonra yenidən hesabı bərabərləşdirib. Oyunsonrası penaltilər seriyasını isə futbolun yaradıcıları daha dəqiq yerinə yetiriblər. Buna baxmayaraq, hesabında 5 xal olan “Qəbələ” 1/4 finala vəsiqə qazanmaq şansını qorudu. Bu gün komandamız Bakı vaxtı ilə saat 19.05-də qrupda son oyununu "Fənərbaxça"ya qarşı keçirəcək.
Qeyd edək ki, "Qəbələ" "Ankaragücü" ilə heç-heçə etmiş, "Manisa Turqutluspor"a isə qalib gəlmişdi.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0