Hakan Şükür azərbaycanlıları aldatdı
03.04.2010 - 12:10
Türkiyə yığmasının və "Qalatasaray"ın canlı əfsanəsi Hakan Şükür sözünün üstündə durmayıb. Apasport.az saytının məlumatına görə, "Kral" ləqəbli futbolçu Azərbaycana gəlməklə bağlı Qafqaz Universitetinin rəhbərliyinə söz verib. "Qafqaz" Şükürü "ayın qonağı" rubrikasının növbəti qəhrəmanı etmək istəyirmiş.
Hakan Şükür əvvəlcə Azərbaycandan gələn təklifə real baxıb. Lakin sonradan işlərinin çoxluğunu əsas gətirərək, ölkəmizə gəlməkdən hələlik boyun qaçırıb. Hazırda iki tərəf arasında danışıq davam edir. Böyük ehtimalla Hakan Şükür bu ilin sonuna qədər Azərbaycana səfərə gələcək.
Xatırladaq ki, Bülənt Korkmaz "Bakı"dan istefa verməzdən 2 həftə öncə Qafqaz Universitetində qonaq olmuşdu. "Qafqaz" rəhbərliyi Korkmazdan öncə tələbələrə "Beşiktaş" və "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Rasim Karanı görmək şansı da yaratmışdı.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0