Vüqar Nadirov alışıb-yanır: Lənkəranlılara qarşı hisslərim ölməyib
03.04.2010 - 12:13
"Lənkərana oyundan iki gün öncə yollanmışıq. Komandada əhval-ruhiyyə yüksəkdir. Baş məşqçi Qurban Qurbanov bizi qələbəyə kökləyib. Lənkərana qələbə dalınca getmişik". Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və "Qarabağ"ın hücumçusu Vüqar Nadirov deyib.
22 yaşlı futbolçunun keçmiş komandası “Xəzər-Lənkəran”a qarşı oynamaq imkanı yaranıb. Qurbanov şans verəcəyi təqdirdə, Vüqar keçmiş komandasına qarşı çıxış edəcək. O, artıq Lənkəranda bir neçə dəfə rəqib qismində oynasa da, keçmiş komandasına qarşı hisslər ölməyib: "Lənkəran klubuna qarşı oynamaq çətin olduğu qədər də xoşdur. Rəqibin heç bir futbolçusundan çəkinmirəm. Eyni zamanda, hamısına hörmətlə yanaşıram. Hələ ki, start heyətində meydançaya çıxıb-çıxmayacağımı bilmirəm. Qurbanov şans versə, bunu dəyərləndirmək üçün var qüvvəmlə çalışacağam".
Nadirov rəqibin baş məşqçisi Ağasəlim Mircavadovun cəzalı duruma düşüb, matçı tribunadan izləməsini özləri üçün əlavə üstünlük sayır: "Bəlkə də bu, bizim xeyrimizə işləyəcək. Çünki Mircavadov təcrübəli mütəxəssisdir. Tribunada oturması komandasının oyununda eniş yarada bilər. Hər halda, kimin güclü olduğu meydançada bilinəcək. Rəqibin və bizim komandanın heyətində kifayət qədər bacarıqlı futbolçular var".
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qarabağ” oyunu bu gün Lənkəran mərkəzi şəhər stadionunda baş tutacaq. Saat 18:00-da başlanacaq görüş "İdman Azərbaycan" vasitəsi ilə canlı yayımlanacaq.

0
0