Yığmamızın hücumçusu evlənmək və xaricə getmək istəyir - FOTO
03.04.2010 - 23:04
Yığmamızın hücumçusu evlənmək və xaricə getmək istəyir - FOTO
Azərbaycan yığmasının və "Qarabağ"ın hücümçusu Vüqar Nadirov ölkə xaricində oynamaq istəyir. Bu barədə apasport.az saytına açıqlama verən Vüqar bildirib ki, mövsümün sonunda əcnəbi klublardan təklif gözləyir.

“Təklif gəlsə, düşünüb qərar verərik. Əlbəttə, bir futbolçu kimi mənim də arzularım var. Səviyyəli, güclü çempionatlarda oynamaq arzusundayam. İlk növbədə təklifin gəlməsi vacibdir". – deyə futbolçu bildirib.

Nadirov vurğulayıb ki, qarşıdakı aylarda şəxsi həyatla bağlı işlərini yoluna qoymalıdır. Belə ki, futbolçu subaylıqla vidalaşmağa hazırlaşır: "İnşallah, toy 3-4 aya olmalıdır. Yəqin ki, bundan sonra Azərbaycanda qalıb-qalmayacağımla bağlı son qərar qəbul edəcəyəm. Hər şey qismətdən asılıdır. Hazırda özümü "Qarabağ"da rahat hiss edirəm".

Xatırladaq ki, Nadirov iki il öncə ölkə xaricinə çıxmağa cəhd edib. O, Polşanın yüksək liqa klublarının bir neçəsində baxışdan keçsə də, müqavilə bağlamağa müvəffəq olmayıb.