“Santyaqo Bernabeu”: Qayınanaların arzulanmadığı məkan
03.04.2010 - 12:57
Dünya futbolunun bəzəyi olan “Real” – “Barselona” matçı öz gözəlliyi ilə yanaşı, oyun ətrafı hadisələri ilə da daim diqqət mərkəzindədir. Apasport.az saytının məlumatına görə, aprelin 10-da keçiriləcək “El-klassiko” da istisna təşkil etməyib.
İspaniya çempionatının mərkəzi qarşılaşmasına bir həftə qalmış həmkarlarımız maraqlı sorğu keçiriblər. “Oyuna kiminlə getməyin əleyhinəsiniz” sualının cavabı gözlənildiyindən də maraqlı alınıb.
Belə ki, rəyi öyrənilən ispaniyalıların 58,5 faizi görüşə qayınanasını aparmaq istəmədiyini, 44 faizi isə öz rəisi ilə birlikdə oyuna getmək istəmir.
Qeyd edək ki, qayınanaların aparılmayacağı məkan Madridin “Santyaqo Bernabeu” stadionudur. Yəni, aprelin 10-da dünyanın diqqəti məhz bu arenada baş tutacaq.

0
0