“Real” – “Barselona” görüşünün biletləri 250 avroya satılır
03.04.2010 - 13:33
İspaniyanın “Real” klubunun rəhbərliyi “Barselona” ilə görüşdən yaxşı pul qazanmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisinin başbilənləri hamının səbirsizliklə gözlədiyi “El-klassiko” ərəfəsində azarkeşlərə “hədiyyə” hazırlayıb.
Aprelin 10-da “Santyaqo Bernabeu”da baş tutacaq oyuna giriş heç də hər istəyənin cibinə uyğun olmayacaq. Azarkeşlərə son 4 ev oyununun biletləri olan paketi təklif edən “Real” “Barselona” ilə yanaşı, “Valensiya”, “Osasuna” və “Atletik”lə görüşləri izləmək fikrində olanlara rahat şərait yaradıb. “Kral klubu” bu matçlara VİP lojanın yerindən və ofisiantların xidmətindən asılı olaraq, müxtəlif qiymətlərə olan paketləri satışa çıxarıb. Bu paketin ən ucuzu 1600 avrodur.
Təkcə “Real” – “Barselona” matçına bilet sifarişi isə aprelin 5-dən başlayacaq. Telefon vasitəsilə həyata keçirilən satışda ən ucuz bilet 250 avro olacaq. Düzdür, bu “Real”ın rəsmi fan-klubunun üzvlərinə şamil olunmur. Onlar güzəşt əldə edəcək.

0
0