Türkiyəli futbolçu: İlk “altılıq”dakı klublardan biri mənimlə maraqlanır
03.04.2010 - 23:01
Türkiyəli futbolçu: İlk “altılıq”dakı klublardan biri mənimlə maraqlanır
“Mövsümün başa çatmasına gözləyirəm. İlk “altılıq”da çıxış edən komandalar xidmətimdə maraqlıdır. Əgər son anda bir problem çıxmasa, növbəti mövsümdən karyeramı başqa komandada davam etdirəcəyəm ”. Bu sözləri apasport.az saytına açıqlanmasında “Turan”ın türkiyəli müdafiəçisi Muammer Ərdoğdu deyib.

Gənc müdafiəçi onun xidmətində maraqlı olan komandanın paytaxt təmsilçisi olduğunu gizlətməyib: “Neftçi” söhbəti hələ bəlli deyil. Ad çəkmək istəmirəm, başqa komandalardan da təkliflər var. Hansı ki, həmin komandalar paytaxt təmsilçisidir. Əgər keçidim alınarsa, ailəmi də gətirmək niyyətim var”.

22 yaşlı müdafiəçi “Turan”ın hesabat turunda “Olimpik-Şüvəlan”a böyük hesablı məğlubiyyətinə də aydınlıq gətirib. O, komandanın heç bir iddiasının qalmamasının oyunlara köklənməsində mənfi yöndə təsir etdiyini deyib: “Bu qarşılaşmada hamımız pis oynadıq. Görüşə yaxşı köklənə bilməmişdik. Bunun nəticəsində kobud səhvlər buraxdıq. Komandamızın heç bir iddiasının qalmamasının da oyunlara yaxşı köklənməyimizə mənfi təsiri olur”.