Cuneyt Biçer - “Bakı”nın yeni baş məşqçisi!
03.04.2010 - 23:30
Cuneyt Biçer - “Bakı”nın yeni baş məşqçisi!
“Bakı” klubunun yeni baş məşqçisi bəlli olub. Apasport.az saytının xəbərinə görə, paytaxtın eyni adlı komandasını türkiyəli gənc mütəxəssis Cuneyt Biçer çalışdıracaq.

Klub prezidenti Hafiz Məmmədov dünən axşam saatlarında çalışdırıcını futbolçulara təqdim edib. Unibank Premyer Liqasının XXVI turu çərçivəsində bu gün “İnter”ə qarşı keçiriləcək səfər oyununa “Bakı”nı məhz Cüneyt Biçer çxaracaq.

Məşqçilər korpusunda Məqsəd Yaqubəliyev, Aydın Salatan və Yüksel Kepoğlu yer alacaq. Əlavə edək ki, bu təyinata kimi, Cüneyt Biçer “Bakı”nın Uşaq və yeniyetmələrdən ibarət komandalarının baş koordinatorunun köməkçisi idi.

Xatırladaq ki, türkiyəli Bülənt Korkmazın istefasından sonra “Bakı”nı meydana Məqsəd Yaqubəliyev çıxarırdı.