Azərbaycan yığması penaltilərlə uduzdu
04.04.2010 - 11:09
İtaliyanın Olbia şəhərində təşkil olunmuş beynəlxalq turnirin 1/4 final mərhələsi çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İngiltərənin «Kuin Park Reyncers» klubundan olan həmyaşıdları ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, oyunun əsas vaxtında qapılara top vurulmayıb. Turnirin əsasnaməsinə uyğun olaraq, qalib oyunsonrası penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast vuran ingiltərəli futbolçular 3:1 hesabı ilə qələbə qazanıb. Bu məğlubiyyətdən sonra yığmamız turnirdəki çıxışını başa vurub.
Xatırladaq ki, U-19-un Olbia şəhərindəki təlim-məşq toplanışı aprelin 11-də yekunlaşacaq.
Xatırladaq ki, U-19-un Olbia şəhərindəki təlim-məşq toplanışı aprelin 11-də yekunlaşacaq.
0
0