“Rəqibimiz fiziki cəhətdən çox güclü komanda idi”
04.04.2010 - 11:13
“Rəqibimiz fiziki cəhətdən çox güclü komanda idi”
“Oyunun ilk hissəsində bir neçə qol epizodu yaratdıq, lakin dəyərləndirə bilmədik. Fasilədən sonra rəqibə əvvəlki kimi təzyiq göstərmədik”. Apasport.az saytının xəbərinə görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert deyib.

İtaliyanın Olbia şəhərində təşkil olunmuş beynəlxalq turnirin 1/4 final mərhələsində İngiltərənin “Kuin Park Reyncers” klubuna uduzduqdan sonra Lippert AFFA-nın saytına məğlubiyyətin səbəbini açıqlayıb: “Etiraf etmək lazımdır ki, rəqibimiz fiziki cəhətdən çox güclü komanda idi. Avropa çempionatının elit-raundunda məhz belə komandalarla qarşılaşacağıq. Əlbəttə, turnirin bu mərhələsində məğlub olmaq məyusedicidir”.