“Anji”nin məşqçisi: Şükürov əsas heyətdə yerini qaytarmağa çalışmalıdır
04.04.2010 - 12:31
“Anji”nin məşqçisi: Şükürov əsas heyətdə yerini qaytarmağa çalışmalıdır
“Mahir Şükürov əsas heyətdəki yerini qaytarmalıdır”. Apasport.az saytının xəbərinə görə, bunu “Anji” klubunun məşqçisi Arsen Akaev deyib.

Mahaçqala təmsilçisi Rusiya Premyer Liqasının IV turunda öz meydanında Vladiqafqazın “Alaniya” klubunu 2:0 hesabı ilə məğlub etməklə, ilk qələbəsini qazanıb. Akaev oyunsonrası keçilən mətbuat konfransında həmyerlimizlə bağlı da danışıb: “Mahir MOİK-lə matçda cəzalı olduğundan, onun mövqeyində Ağalarov oynadı. Onun çıxışından narazı qalmadım. “Alaniya” ilə görüşdə də etibarlı oynadı və qol da vura bilərdi. Şükürov isə məşq edir, başa düşür ki, əsas heyətdəki yerini qaytarmağa çalışmalıdır”.