Jabadan sərt ittiham: “İnter”lə “Xəzər-Lənkəran”ın nə qədər şansı varsa...
04.04.2010 - 23:07
“İnter” kimi komandadan səfərdə 1 xal qoparmaq yaxşı nəticədir. Qələbə də qazana bilərdik, ancaq yaratdığımız qol imkanlarından istifadə edə bilmədik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun braziliyalı hücumçusu Jaba deyib.
Oyuna yaxşı kökləndiklərini və sonacan mübarizə apardıqlarını bildirən bəstəboy futbolçu qələbə qazana bilməmələrini hakimliklə əlaqələndirib: “Komanda olaraq, oyuna yaxşı köklənmişdik. Sonacan mübarizə apardıq. Hakimlər qələbə qazanmamağımız üçün əllərindən gələni etdilər. Təmiz penaltimizi verməməklə yanaşı, son dəqiqədə olmayan oyundan kənarvəziyyət qeydə aldılar. Hansı ki, həmin epizodda Venio müdafiəçilərdən ən az 2 metr arxada idi”.
Jaba komandasının çempionluq şansını da qiymətləndirib: “Çempionat başa çatmadan bir söz demək olmaz. “İnter”in və “Xəzər-Lənkəran”ın nə qədər şansı varsa, bizim də o qədər çempion olmaq şansımız var”.
Qeyd edək ki, “İnter” – “Bakı” görüşü 1:1 hesabı ilə nəticələnib.

0
0