“Sözün düzü, “Bakı”nın baş məşqçisi olacağımı gözləmirdim”
04.04.2010 - 23:11
“Sözün düzü, “Bakı”nın baş məşqçisi olacağımı gözləmirdim”
“Klub rəhbərliyi komandanı biz türklərə tapşırıb. Baş məşqçi olmaq və ya uşaq futboluna rəhbərlik etmək bunların heç bir mənası yoxdur. Əsas odur ki, “Bakı”nı layiq olduğu yerlərə qaldıraq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun yenu baş məşqçisi Guneyt Biçer deyib.

Təyinatı ilə bağlı açıqlama verən türk çalışdırıcı bildirib ki, baş məşqçi postuna keçəcəyini gözləmirmiş: “Sözün düzü, baş məşqçi olacağımı gözləmirdim. Klub rəhbərliyi belə bir qərar qəbul edib, məni bu posta gətirib. İnanıram ki, “Bakı”nı layiq olduğu zirvələrə qaldıraracğıq”.

“İnter”lə oyunda “Bakı”nı texniki zonadan idarə edən yeni baş məşqçisi komandadakı gələcək karyerası barədə danışmağın tez olduğunu düşünür: “İndidən bir söz deməyim düz olmaz. Çünki çempionat davam edir. Mövsüm başa çatsın, ondan sonra bu barədə söhbət edərik”.