Türkiyəli mütəxəssis FİFA referisini qərəzçilikdə suçladı
04.04.2010 - 23:15
Türkiyəli mütəxəssis FİFA referisini qərəzçilikdə suçladı
“Bakı” klubunun yeni baş məşqçisi Cüneyt Biçer komandasının Unibank Premyer Liqasının XXVI turunda “İnter”lə səfərdə keçirdiyi görüşdə nümayiş etdirdiyi futboldan razı qalıb.

Gənc məşqçi apasport.az saytına açıqlamasında qələbəyə layiq olduqlarını bildirib: “Komandamın nümayiş etdirdiyi futboldan razı qaldım. “İnter” kimi çempionluğa oynayan bir komandaya səfərdə məğlub olmadıq. Üstəlik, qələbə qazanmaq şansını əldən verdik. Oyun ərzində 4 yüz faizlik qol imkanından yararlana bilmədik. “İnter” isə cəmi bir qol vəziyyəti yarada bildi”.

Biçer oyunun baş hakimi Fariz Yusifovun idarəçiliyindən razı qalmadığını deyib. Onun fikrincə, FİFA referisi qarşılaşma ərzində qərəzli qərarlar qəbul edib: “Çox təəssüf ki, hakimlər meydandakı sürətli oyunu normal idarə edə bilmədilər. Bir neçə epizodda əleyhimizə yanlış qərarlar verdilər. Üstəlik, qarşılaşmanın son dəqiqələrində əks hücumumuzun qarşısını kəsdilər”.