Azərbaycan komandası “Çelsi” ilə birgə kubok qazandı - FOTO
05.04.2010 - 09:14
Türkiyədə keçirilən I Beynəlxalq Kuşadası turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, azyaşlı uşaqlar arasında təşkil olunan yarışın final matçında İngiltərənin “Çelsi” və Türkiyənin “Beşiktaş” klubları üz-üzə gəlib.
Əsas vaxtı 1:1 hesabı ilə bitən matçın taleyini oyunsonrası penaltilər həll edib. Daha dəqiq olan britaniyalılar 5:4 hesabı ilə qalib gəliblər. Üçüncü yer uğrunda görüşdə Türkiyə təmsilçiləri “Fənərbaxça” və “Turqutluspor” qarşılaşıb. Bu komandalar yarışda Azərbaycanı təmsil edən “Qəbələ” ilə eyni qrupda mübarizə aparmışdı. “Fənərbaxça” 2:0 hesabı ilə qalib gələrək, üçüncü pilləyə sahib çıxıb.
Yarışdan sonra turnirin bağlanış mərasimi olub. Qaliblərin təltif olunması ilə yanaşı, bir sıra mükafatlar da sahiblərini tapıb. “Qəbələ” “Çelsi”, PSV, “Porto”, Türkiyə nəhəngləri kimi rəqiblərinin olmasına baxmayaraq, turnirin ən böyük gələcək vəd edən komandası adını qazanıb.

0
0