Balotelli “Mançester Siti”yə keçir
06.04.2010 - 00:06
Balotelli “Mançester Siti”yə keçir
“İnter” rəhbərliyi baş məşqçi Joze Mourinyo ilə münasibətləri korlanan hücumçu Mario Balotellini satmağa hazırlaşır. Apasport.az saytının İtaliya mətbuatına istinadən xəbərinə görə, Qana əsilli 19 yaşlı futbolçunun xidmətində “Mançester Siti” maraqlıdır. “Şəhərlilər”in nümayəndələri Balotellinin keçidini həll etmək üçün gələn həftə İtaliyaya gedəcəklər. “İnter” bu mövsüm A seriyasında 21 oyunda 7 qol vuran adıçəkilən futbolçunu ən azı 15 milyon avroya satmağı planlaşdırır.

Əvəzində isə milanlılar heyətlərini “Lion”un braziliyalı yarımmüdafiəçisi Mişel Bastosla gücləndirmək fikrindədirlər. “İnter” “Milan” və “Yuventus”un da hədəfində olan 26 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 18 milyon avro təklif etməyə hazırlaşır.

Maraqlıdır ki, “Lion” Bastosu 2009-cu ildə “Lill”dən elə bu qiymətə alıb.